
İran Cənubi Koreyada bloklanan valyuta ehtiyatlarının Qətərdəki bank hesablarına yerləşdirildiyini açıqlayıb.
İndex.az xəbər verir ki, İranın “Fars Xəbər Agentliyi”nin məlumatına görə, İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin paytaxt Tehranda mətbuata açıqlamasında Doha rəhbərliyindən İranın Qətərdəki bank hesablarının aktivləşdirildiyi barədə məlumat aldıqlarını bildirib.
Ferzin ABŞ ilə əldə olunan məhbus mübadiləsi razılaşması çərçivəsində sərbəst buraxılan varlıqların 5 milyard 573 milyon 492 min avro olduğunu və İran pullarının Qətərdəki bank hesablarına yatırıldığını bildirib.