
İlon Mask və prezident Ərdoğan dünən axşam ABŞ-da görüşdülər və bu görüş çərçivəsində Ərdoğan Maskdan Türkiyədə yeni “Tesla” fabrikinin qurulmasını istəyib.
İndex.az xəbər verir ki, “Tesla”nın hazırda uzunmüddətli olsa belə Türkiyədə fabrik qurmaq planı yoxdur.
Əslində, “Reuters” xəbər agentliyinin məlumatına görə, şirkət Səudiyyə Ərəbistanı ilə yeni fabrik üçün danışıqlar aparır. Bildirilir ki, bu danışıqlar ilkin mərhələdədir, yəni hələlik yekun zavod qərarı yoxdur.
Lakin bu, gələcəkdə reallığa çevrilə bilər, çünki Səudiyyə Ərəbistanı şirkətə ciddi maliyyə dəstəyi verə bilər.