Böhran kahinindən mərkəzi banklara xəbərdarlıq

2008-ci ilin qlobal iqtisadi böhranını proqnozlaşdıran məşhur iqtisadçı Nuriel Roubini Avropa Mərkəzi Bankına (AMB) və İngiltərə Bankına (BOE) xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, Roubini, hər iki bankın uçot dərəcələrini artırmağa davam etməsinin vacib olduğunu bildirib.

AMB və BOE-nin FED-ə nəzərən daha böyük bir problemlə ilə üzləşdiyini ifadə edən Nouriel Roubini, qiymətlərin hələ də sürətlə artdığını və Avropada iqtisadi inkişafın yavaşladığını bildirib.

Neft qiymətlərindəki son artımın inflyasiyanı yüksək tutacağını bildirən Roubini, daha yumşaq pul siyasəti haqqında danışmağın tez olduğunu qeyd edib.

Roubininin sözlərinə görə, BOE uçot dərəcələrini 5,75%-ə qədər artırmalıdır.

İlin qalan hissəsi üçün ABŞ səhmlərinin qısa zamanda satılmasını tövsiyə edən Roubini, investorların kredit və istiqraz bazarları ilə bağlı çox optimist olduqlarını qeyd edib.

Roubini qlobal iqtisadi vəziyyəti nəzərə almaqla ABŞ səhmlərinin 10% azalmasının mümkün olduğuna dair xəbərdarlıq edərək, digər fond bazarlarının daha da pis vəziyyətə düşəcəyini əlavə edib.