AMB rəsmisi: “Hökumətlər inflyasiya ilə bağlı tədbirlər görməlidir”

AMB rəsmisi hökumətləri inflyasiya ilə bağlı tədbirlər görməyə çağırıb.

Avropa Mərkəzi Bankının (AMB) İdarəetmə Şurasının üzvü Yannis Stournaras, borclanma xərclərinin pik həddə çatmasından sonra hökumətlərin istehlak qiymətlərini cilovlamaq üçün tədbirlər görməli olduğunu bildirib:

“Daha məhdudlaşdırıcı fiskal mövqe yalnız AMB siyasətinə müsbət bir strateji əlavə olmayacaq, həm də dövlət borcunun etibarlılığını artırmağa və banklarla əlaqəni yumşaltmağa kömək edəcək”.

AMB-nin ötən həftə keçirilən iclasında danışan və sualları cavablandıran prezident Laqard uçot dərəcələrinin pik səviyyəyə çatmadığını bildirdi.

“Mövcud qiymətləndirmə çərçivəsində inflyasiyanın vaxtında hədəfə qaytarılmasına kifayət qədər töhfə vermişik və dediyim kimi, hər iki element vacibdir: Kifayət qədər məhdudlaşdırıcı səviyyə və müddət”.