Ərdoğan Maskdan “Tesla”nın 7-ci fabrikini Türkiyədə qurmasını istəyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfər edən Ərdoğan Türk Evində təmaslarını davam etdirir.

İndex.az xəbər verir ki, Prezident Ərdoğan “Tesla” və “SpaceX”in qurucusu İlon Maskı qəbul edib.

Ərdoğan Maska Türkiyənin texnologiya, Rəqəmsal Türkiyə Vizyonu və Milli Süni İntellekt Strategiyasında əldə etdiyi nailiyyətlərdən danışıb. “Togg”un Türkiyədə yollara çıxması ilə “Tesla”nın da Türkiyə bazarına girdiyini xatırladan Ərdoğan, Maskdan “Tesla”nın 7-ci fabrikini Türkiyədə qurmasını istəyib.

Prezident Ərdoğan həmçinin, Türkiyənin kosmos proqramı çərçivəsində atılan və atılacaq addımlarda “SpaceX” ilə əməkdaşlıq imkanlarının yarana biləcəyini ifadə edərək, Maskı İzmirdə keçiriləcək TEKNOFEST-ə dəvət edib.