Fransada “iPhone 12” qadağasından sonra “Apple”dən cavab gəldi!

“Apple” Fransada “iPhone 12″nin satışına qadağa qoyulması ilə bağlı maraqla gözlənilən açıqlamanı verdi.

İndex.az xəbər verir ki, şirkət qarşıdan gələn proqram yeniləməsi ilə “2020 iPhone”nun radiasiyaya məruz qalma səviyyələrini düzəltməyə söz verdi.

“Apple” “iPhone 12″nin qlobal SAR standartlarına uyğun sertifikatlaşdırıldığını bildirsə də, şirkət problemi həll etmək üçün cihazın proqram təminatı yeniləməsi alacağına söz verib:

“Fransadakı istifadəçilər üçün Fransız tənzimləyiciləri tərəfindən istifadə edilən protokola riayət etmək üçün proqram yeniləməsini buraxacağıq. Biz “iPhone 12″nin Fransada satışının davam etməsini səbirsizliklə gözləyirik”.

Fransa hökuməti yenilənmədən sonra “iPhone 12″ni tez bir zamanda sınaqdan keçirəcəyini və ölkənin radiasiyaya məruz qalma standartlarına cavab verərsə, cihazın satışının davam etdirilməsinə icazə verəcəyini bildirib.