
“Tesla” indiyə qədər istehsal etdiyi elektrikli avtomobil sayını açıqladı.
İndex.az xəbər verir ki, şirkət ilk “Roadster” avtomobilini 2008-ci ildə təqdim etdikdən 12 il sonra, 2020-ci ildə 1 milyonuncu elektrik avtomobilini istehsal etmişdi.
“Tesla” bu tarixdən cəmi üç il sonra 5 milyonuncu elektrik avtomobilini istehsal etdiyini açıqladı.
İlk tədarükdən düz 12 il sonra gələn bir milyonuncu elektrik avtomobilinin istehsalını 2021-ci ildə 2 milyon, 2022-ci ildə isə 3 milyon avtomobilə çatdıran şirkət. 2023-cü ilin mart ayında 4 milyon avtomobil istehsal etdiyini açıqladı.
Cəmi 6 aydan sonra istehsal həcmi 5 milyona çatdı.