Milyarderdən maraqlı proqnoz: “Beş ildən sonra dünya kökündən dəyişəcək”

Məşhur ABŞ milyarderi Ray Dalio, dünyanın beş ildən sonra kökündən dəyişəcəyini bildirib.

İndex.az xəbər verir ki, dünyanın ən böyük “hedcinq” (investorların pullarını birləşdirən və minimal risklə maksimum gəlir əldə etmək üçün investisiya edən investisiya fondu) fondlarından biri olan “Bridgewater Associates”in təsisçisi Dalionun sözlərinə görə, investorlar süni intellekt kimi texnologiyaları yaradan şirkətlərə deyil, bu yeni texnologiyanı mənimsəyən şirkətlərə pul yatırmalıdırlar:

“Mən kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylamaq (diversifikasiya etmək) istəyirəm, çünki gələcəkdə bilmədiyim şey bildiklərimdən daha böyük olacaq. Əgər bunu yaxşı bacarsanız, diversifikasiya risklərinizi azalda bilər. Böyük qayda pozuntularının nəticələrinə diqqət yetirin. Çünki dünya ildən-ilə kökündə dəyişərək 5 ildən sonra fərqli şəkil alacaq”.