
Analitik Ming-Chi Kuo, “iPhone 15″in ilkin sifarişləri haqqında hesabat dərc etdi.
İndex.az xəbər verir ki, gözlənildiyi kimi bu günə qədər ən çox satılan model “iPhone 15 Pro Max” olub.
“iPhone 15 Pro Max”a tələbat keçən ilin eyni dövründə “iPhone 14 Pro Max”a olan tələbi üstələdi.
“Apple” onlayn mağazasında təbii titan və ağ ttitan rəngli “iPhone 15 Pro Max” modelləri ən çox satılır. Sifarişlərin çoxluğuna görə, çatdırılma noyabrın ortalarına təxirə salınıb .