PSJ-nin bəzi futbolçularının siqaret çəkdiyi məlum olub

Fransanın PSJ klubunun bir neçə futbolçusunun siqaret çəkdiyi məlum olub.

İndex.az  “Sports Zone” nəşrinə istinadən xəbər verir ki, hadisə yayda Paris təmsilçisinin Yaponiyada baş tutan mövsümöncəsi təlim-məşq toplanışı zamanı baş verib.

Komandanın baş məşqçisi Luis Enrike də bunu bilib. Amma nəşr konkret kimlərin siqarət çəkdiyi barədə məlumat verməyib.

Qeyd edək ki, PSJ Liqa 1-də 5 turdan 8 xalla beşinci pillədə qərarlaşıb. Ölkə çempionu son olaraq evdə “Nitsa”ya 2:3 hesabı ilə uduzub.