“Veysəloğlu” Şirkətlər Qrupu işçi axtarır – VAKANSİYA

Veysəloğlu MMC

Planoqram mütəxəssisi

 Son tarix 15 okt 2023 –  [email protected]

Funksiya: Ticari marketinq departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.

İşin təsviri: Məhsulların planoqramlarını hazırlamaq və sərgilənməsinə nəzarət etmək.

Vəzifə funksiyaları:

  • Müraciət əsasında daxil olmuş yeni məhsullar üzrə planoqramları hazırlamaq, məhsula aid məlumatları araşdırmaq və uyğun olaraq proqrama daxil etmək;
  • Satış nəticələrini analiz etmək və buna uyğun olaraq sərgilənmə faizini satış faizinə uyğunlaşdırmaq;
  • Yeni məhsullar üzrə shelftoker dizaynlarını Corel Draw proqramında hazırlayıb təqdim etmək;
  • Departamentin fəaliyyətinə uyğun olaraq dizayn konseptlərini hazırlamaq.

 Vəzifə tələbləri:

  • Ali təhsil (Dizayn sahəsində təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
  • MS Office və dizayn proqramlarını yaxşı səviyyədə bilmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Planoqram mütəxəssisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.