Bazar ertəsi ticarət zamanı Avropada qazın qiyməti təxminən 1000 kubmetr üçün 580 dollara yaxınlaşıb.
İndex.az ICE məlumatlarına istinadən xəbər verir ki, sentyabr fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 14: 07-də min kubmetr üçün 577,4 dollara çatıb.
Yalnız bir gündə Avropada qazın qiyməti əvvəlki günün bağlanış qiymətinə nisbətən 7,7% artıb.
Bu gün səhər saatlarında məlum oldu ki, “Qazprom” sentyabrda hərraca çıxarılan qazın Ukrayna üzərindən tranziti üçün əlavə imkanların yalnız 4.3% -ni sifariş edib.
“Qazprom”un zavodunda qəza və Ukrayna ərazisindən əlavə nəqldən imtina etməsi fonunda Avropada qaz qiymətləri də yüksəlir.