ADY mütəxəssis axtarır – VAKANSİYA

Vakansiyanın adı: Mütəxəssis

Vakansiyanın kodu: V210816-2
Vakansiyanın kateqoriyası: Qulluqçu
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: İnsan resursları idarəsi, Əmək haqqı şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 1 il
Tələb olunan komputer bilikləri: MS Office – sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – orta;
Rus dili – orta.

Vəzifə üzrə tələb olunan biliklər :

– Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
– Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə biliklər;
– Elektron Hökumət Portalı üzrə biliklər;
– Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
– Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
– Əmək haqqı işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər;
– İnsan resurslarının idarə edilməsi sahəsi üzrə nəzəri biliklər.

Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

Ümumi fərdi keyfiyyət meyarları:
– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.

Funksional fərdi keyfiyyət meyarları:
– Məlumat əldəetmə;
– Analitik düşüncə;
– Təşəbbüskarlıq.

Digər tələb və üstünlük göstəriciləri:

– İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
– İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, HRCI);
– Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

Vəzifə öhdəlikləri:

– Qanunvericiliyə uyğun olaraq əmək haqlarının hesablanması;
– Qanunvericilikdən irəli gələn müavinətlərin hesablanması;
– Məzuniyyət, ezamiyyət və digər ödənişlərin hesablanması;
– Kollektiv sazişdən irəli gələn digər növ ödənişlərin hesablanması;
– Artıq saatların araşdırılması və iş saatlarının optimallaşdırılması;
– Əmək haqqına təsir edən amillərin araşdırılması və təhlili;
– Əmək qanunvericiliyindən və daxili qaydalardan irəli gələn sənədləşmə işinin aparılması;
– Əmək haqqı üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə və ya şəxsə vaxtında təqdim edilməsi;
– Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
– Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

Son müraciət tarixi: 31.08.2021

Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1443#vp