"Karantin davam etsə, "bomj" olacam"

Aktyor Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib.

8 aydır işsiz qaldığını deyən sənətçi bu haqda “Söhbət var”da danışıb.

O, aparıcı, əməkdar artist Dilarə Əliyevanın “Eşitdik ki, təndir evi açmısan” sözlərinə belə cavab verib: “Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir”.

Aktyor maddi vəziyyətinin ağır olduğunu bildirib: “Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni “bomj vid”ində görəcəksiniz”.