Büdcə kəsiri əsasən borc hesabına maliyyələşəcək

2022-2025-ci illərdə Azərbaycanın dövlət büdcəsinin kəsirinin illər üzrə müvafiq olaraq 2,567 mlrd. manat, 2,061 mlrd. manat, 1,795 mlrd. manat və 1,513 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, proqnozlaşdırılan ÜDM-nin müvafiq olaraq 3,2%-ini, 2,3%-ini, 1,9%-ini, 1,5%-ini təşkil edəcəyi gözlənilir.

Qeyd edilir ki, gələcək büdcə kəsirlərinin maliyyələşməsi əsasən borclanma hesabına reallaşacaq. Belə ki, 2022-ci ildə büdcə kəsirini maliyyələşməsi üçün dövlət 1,293 mlrd. manat, 2022-ci ildə 1,520 mlrd. manat, 2023-cü ildə 1,043 mlrd. manat, 2024-cü ildə isə 945 mln. manat borc götürəcək.