“Meliorasiya və Su Təsərrüfatı” bu şirkətə 8 milyon manat ödəyəcək

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Ramco” QSC ilə 8 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, müqavilədə Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 8 279 946 manatdır.