Azərbaycanda ev təsərrüfatlarında mülkiyyətdən gələn gəlirlər üzrə adambaşına ən çox aylıq gəlir Bakı şəhərində qeydə alınıb.
İndex.az xəbər verir ki, paytaxta adambaşına mülkiyyətdən gəlir 2.9 manat təşkil edir. Bu isə onu ikinci pillədə izləyən Dağlıq-Şirvan iqtisadi rayonundan 2.2 dəfə böyükdür. Dağlıq-Şirvan iqtisadi rayonunda adambaşına düşən mülkiyyətdən gəlir 1.3 manat təşkil edir.
Aran və Yuxarı Qarabağda bu göstərici 0.4 manat/aylıq adambaşına təşkil edir ki, bu da respublika ərazisində minimal göstəricidir.