“Buta Farm” apteklər şəbəkəsi cərimələndi

“Buta Farm” Məhdud Məsuliyyətli Cəmiyyətləri (MMC) cərimələnib.

İndex.az xəbər verir ki, protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İşlər hakim Anar Rzayevin sədrliyi ilə baxılacaq.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Bu inzibati xətaya görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə tətbiq edilir.

©Unikal.org