İsrail koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

İsrail 1 iyun tarixindən koronavirus pandemiyası ilə əlaqəli bütün məhdudiyyətləri ləğv edir. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verir.

İndex.az xəbər verir ki, “yaşıl pasport” ehtiyacı aradan qaldırılır, qapalı və açıq məkanlarda insanların sayını tənzimləyən “bənövşəyi standart” ləğv edilir.

“İsrail əvvəlki həyata qayıdır”, – deyə ölkənin səhiyyə naziri Yuli Edelşteyn qeyd edir.

Bununla birlikdə, qapalı məkanlarda tibbi maska taxmaq qaydası və İsrailə girişi-çıxışla bağlı məhdudiyyətlər qüvvədə qalır. Hal-hazırda İsraildə 542 nəfər koronavirusa yoluxub, onlardan 60 nəfərin vəziyyəti ağırdır.

©Banker