![Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq](https://index.az/wp-content/uploads/2022/04/1622613381_aircraft-777x437-1.jpg)
Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.
İndex.az xəbər verir ki, dəyişikliyə əsasən “Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.