Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən istefa verdi

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

Hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.

İndex.az xəbər verir ki, rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Onu bu postda isə Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyev əvəzləyəcək.

Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.

Qeyd edək ki, Səmayə Məmmədovanın vəzifəsindən ayrılması barədə ilk xəbəri matc.az saytı yayıb.

©Banker