Bir qrup vətəndaş “AAAF İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 ilə yaxındır ki, mənzilləri təhvil vermədiyini iddia edir.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı mətbuat orqanlarına danışan şəxslər, sözügedən şirkətlə 7 il əvvəl mənzil alğı-satqısına dair müqavilə bağladıqlarını, buna baxmayaraq hələ də mülklərin onlara təhvil verilmədiyini bildiriblər. Qeyd edirlər ki, onlardan bir qismi mənzilin dəyərini tam, bir qismi isə müəyyən hissəsini ödəyib.
İndex.az xəbər verir ki, vətəndaşların iddiasına görə, “AAAF İnşaat” MMC öz öhdəliklərinə səhlənkar yanaşıb və 19, 28, 29 saylı küçələrdə yerləşən çoxsaylı hündür mərtəbəli binaların tikintisini başa çatdırmayıb.
Mənzilin dəyərini ödəyən şəxslərdən biri iddia edir ki, artıq mənzili yox, etdiyi ödənişi almaq üçün məhkəməyə müracitə edib və udub: “Adam deyir ki, mənim çəkinəcəyim yoxdur. Gedib kimə şikayət edirsiniz edin. Hətta deyib ki, prezident aparatından da bizim məsələni bilirlər, bizim qorxumuz yoxdur. Gedin kimə şikayət edirsiniz, edin”.
Şirkətin əməkdaşı sakinin iddiasına cavab olaraq bildirib ki, məhkəmənin qərarından apeliyasiya şikayəti verilib.
“AAAF Park Holdinq” MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev isə jurnalistlərə açıqlmasında mənzillərin təhvil verilməsi zamanı gecikmələr olduğunu deyib: “Biz qəbul edirik ki, ötən illərdə gecikmələr olub. Bunun da müxtəlif, obyektiv və subyektiv səbəbləri olub. Tikinti hal-hazırda sürətlənib və dayanma yoxdur”.