Sabah hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

İndex.az bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verilib.

İyunun 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 5-i axşamdan 7-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.