“Amazon” öz istehsalı olan ev robotunu təqdim edib – FOTO

“Amazon” öz istehsalı olan “Astro” ev robotunu təqdim edib.

İndex.az xəbər verir ki, robot “ağıllı” ev texnologiyası əsasında hazırlanıb. Onu tətbiq vasitəsilə uzaqdan idarə etmək mümkündür.

“Astro” robotu təxminən 1 m hündürlüyə qalxan və bütün evə nəzarət edən kamera ilə təchiz edilib.

Robot ekranda video göstərə bilir. Eyni zamanda onun üz tanıma funksiyası da var – məsələn, onun içinə nəsə qoymaq və başqa bir şəxsə ötürmək mümkündür.

“Astro” səsli əmrlərə cavab verir və hava, idman matçının nəticələri və ya musiqi haqqında “danışa” bilir.

“Amazon” şirkətinin təqdim etdiyi robotun satışları yaxın zamanda başlayacaq. ABŞ-da robotun qiyməti 999.99 dollar təşkil edəcək.

©Banker