“AzerGold” avtomobil yollarının tikintisinə 22 milyon manat xərcləyəcək

“AzerGold” QSC “AZCD GROUP” QSC ilə 22 milyon manatlıq müqavilə bağlayıb.

Index.az xəbər verir ki, müqavilədə “AzerGold” QSC-nin müxtəlif sahələrinin əlaqələndirilməsi üçün avtomobil yollarının (Tülallar-Zurnabad-Gəncə Qəsəbəsi, Kərəmli kənd ətrafı, Quşçu kənd ətrafı) tikinti quraşdırma işlərinin satın alınması nəzərdə tutulub.

Müqavilənin dəyəri isə 22 307 946 manatdır.