Rusiya əcnəbilərlə bağlı bu qaydanı ləğv edə bilər

Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərin ölkəyə girişi və yaşaması qaydalarına dəyişikliklər hazırlayıb.

İndex.az “RİA Novosti”yə xəbər verir ki, dəyişikliklərə əsasən, nazirlik əcnəbilərin müvəqqəti yaşamaq üçün icazəsini ləğv etmək istəyir.

Belə ki, DİN əcnəbilərlə bağlı üç rejim tətbiq etməyi təklif edir. Bunlar qısa müddətli (təqvim ili ərzində ümumilikdə 90 gündən çox olmamaqla), uzun müddətli (təqvim ili ərzində daimi yaşayış icazəsi almadan ümumilikdə 90 gündən çox) və daimi yaşayışdır (müddətsiz).

Bununla belə, icazəyə sahib əcnəbilər Rusiya sərhədlərindən kənara çıxmamaqla ölkədə olma məqsədlərini dəyişə bilərlər.