Naxçıvanın Qərbə açılan qapısı üçün tikilən yeni kompleksi – FOTO

Naxçıvanın Qərbə açılan qapısı olan Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsində son tamamlama işləri başa çatıb.

Index.az xəbər verir ki, Sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verəcək kompleksdə inzibati bina, sürətli keçid üçün VİP və CİP xidmətləri binası, yüklərin rəsmiləşdirilməsi binası, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi, yeməkxana və yardımçı tikililər yerləşir.

Kompleksin ümumi sahəsi 104 min kvadratmetrdir.