
İqtisadçılar ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə keçiriləcək iclasında 15 aydan sonra faiz artımı seriyasına son qoyacağını gözləyir.
İndex.az xəbər verir ki, 46 iqtisadçı arasında keçirilən sorğuda FED-in iyun toplantısında uçot dərəcələrini artırmayacağına dair gözlənti ortaya çıxıb.
Sorğuda iştirak edən iqtisadçıların fikrincə, Federal Açıq Bazar Komitəsi (FOMC) iyunun 13-14-də keçiriləcək iclasda uçot dərəcələrini 5-5,25% aralığında sabit saxlayacaq.