
ABŞ-da Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) dünyanın iki ən böyük birjasına qarşı qaldırdığı məhkəmə iddialarından sonra kripto pul bazarlarında enişlər dərinləşir.
İndex.az xəbər verir ki, “Bitcoin” və “Ether”də 3%-dən çox itki yaşansa da, daha kiçik kriptovalyutaların ucuzlaşması faiz əsasında iki rəqəmli ədədlərə yüksəlib.
Bu həftənin əvvəlində SEC, kriptovalyuta sənayesinin ən böyük ticarət platforması olan “Binance” və ABŞ-ın ən böyük birjası “Coinbase” kriptovalyuta sənayesinə ikiqat zərbə vurub.
Öz ərizəsində SEC “Binance” və onun təsisçisi “Changpeng CZ Zhao”nu müştəri vəsaitlərindən sui-istifadə etməkdə, investorları və tənzimləyiciləri aldatmaqda və qiymətli kağızlar qaydalarını pozmaqda ittiham edib.