
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan iqtisadiyyatına 2023-cü ilin ilk rübündə $54.34 mln. investisiya yatırıb.
İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu da illik müqayisədə 172% artım deməkdir.
2022-ci ilin eyni dövründə Azərbaycan iqtisadiyyatına BƏƏ tərəfindən investisiya yatırımının həcmi $20 mln. idi.
Cəm olaraq isə Azərbaycan iqtisadiyyatına investisiya yatırımının həcmi $1.5 mlrd. olub.