Süni intellekt “Burger King”i yoxsa “McDonald’s”ı seçdi?

“Fast-food” sənayesinin iki qlobal nəhəngi olan “Burger King” və “McDonalds” arasındakı rəqabət ən az onlar qədər məşhurdur.

İndex.az xəbər verir ki, “McDonalds” Braziliyanın “ChatGPT”nin cavabları ilə yaratdığı kampaniyadan sonra ikisi arasında rəqabət qızışması yenidən alovlanıb.

“McDonald’s” “ChatGPT”dən “Dünyanın ən məşhur burgeri hansıdır?” deyə soruşub. “ChatGPT”nin cavabı “Big Mac” olub və bu, “fast-food” nəhəngini çox sevindirib.

“ChatGPT” daha sonra niyə belə düşündüyünü izah edib və qeyd edib ki, dünyada bir çox məşhur burgerlər var, lakin “Big Mac” ən çox tanınanıdır. Daha sonra, süni intellektin cavabı “McDonald’s” üçün Braziliyanın “Golden Arches” agentliyi tərəfindən “Big Mac”ın simvolik rənglərindən ilhamlanan animasiya reklamı və reklam lövhəsinə çevrilib.

“McDonalds”ın bu kampaniyasından dərhal sonra “Burger King” Brazil agentliyi “DAVID São Paulo” “ChatGPT”dən soruşub: “Yaxşı, dünyanın ən böyük burgeri hansıdır?”

Çatbotun bu dəfə cavabı “Whopper ölçüsü və inqrediyentlərin miqdarına görə dünyanın ən böyük burgeridir” oldu. Eynilə “McDonald’s” kimi, süni intellektin cavablarını “Whooper”ə xas rənglərlə reklam lövhələrinə çevirən “Burger King”, əzəli rəqibinin düz yanında lövhədəki yerini aldı.