Qeyri-neft-qaz ixracı 77% artıb

2018-2022-ci illədə Azərbaycanın qeyri-neft-qaz ixracının dəyəri həm faktiki qiymətlərlə, həm də real ifadədə 77,3 % artaraq 1,72 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına çatıb.

İndex.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir.