İcbari Sığorta Bürosunun ləğv edilməsi qaydasına dəyişiklik ilk oxunuşda qəbul edilib

İcbari Sığorta Bürosu xüsusi qanunla ləğv edilə bilər.

İndex.az xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İcbari sığortalar haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu zaman həmin qanunda informasiya sisteminin idarə olunması və istifadəsi qaydası müəyyən olunmalıdır.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.