Messiyə görə “İnter Mayami”nin biletləri fantastik qiymətə satılmağa başladı

Əfsanəvi futbolçu Lionel Messi ABŞ Futbol Liqasının (MLS) komandalarından “İnter Mayami”yə keçəcəyini elan etdikdən sonra biletlərin qiymətləri bahalaşıb.

İndex.az xəbər verir ki, Argentinalı ulduzun Liqalar Kubokunda ilk oyununu Meksikanın “Cruz Azul” komandasına qarşı keçirə biləcəyi düşünülür. Bilet satışı saytı “VividSeats” bu matç üçün orta bilet qiymətlərinin 922 faiz artaraq 120 dollardan 1248 dollara yüksəldiyini bildirdi.

Avqustun 25-də “Nyu York Red Bulls” – “İnter Mayami” arasında oynanılacaq matçın bilet qiymətləri 99 dollardan 983 dollara çatıb. Bu, 883 faiz artıma uyğundur.

Sentyabrın 3-də “İnter Mayami”nin səfərdə olacağı “Los Angeles FC” oyununa biletlərin qiyməti 400 faiz artaraq 785 dollar olub.