İşğaldan azad olunmuş ərazilərə ilk konteyner blok qatarı yola salınıb

“ADY Konteyner” MMC ilk dəfə olaraq TURKUAZ layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə – Şərqi Zəngəzur İqtisadi Zonasına Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə konteyner daşımasını həyata keçirir.

İndex.az şirkətə istinadən xəbər verir ki, qatarla payızlıq əkin üçün toxumluq buğda gətirilir.

28 konteynerdən ibarət ilk blok qatar Türkiyənin Tekirdağ bölgəsindən (İstanbul) yola salınıb. Konteynerlər 40 futluqdur. Qatar ölkəmizin ərazinə çatdıqdan sonra dəmir yolu nəqliyyatı vasitəsilə müəyyən olunmuş stansiyaya qədər gətiriləcək. Daha sonra konteynerlər avtomaşınlara aşırılaraq işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına çatdırılacaq.

TURKUAZ layihəsi – “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”- in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsuldur.