Benzema: “Səudiyyə Ərəbistanında olmaqdan xoşbəxtəm”

Əl-İttihad komandasının sosial media hesabında müsahibəsi yayımlanan Benzema transferi ilə bağlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, Benzema “Əl-İttihad” komandasının stadionunun “qeyri-adi” olduğunu bildirib və əlavə edib: “Dediyim kimi, burada böyük coşğu var”.

Səudiyyə Ərəbistanında olmaqdan xoşbəxt olduğunu ifadə edən Benzema ərəb dilini öyrənmək və səlis danışmaq istədiyini bildirib:

“Mənə elə gəlir ki, insanlar məni həqiqətən sevirlər. Məkkə həqiqətən yaxındır və özümü ən yaxşı hiss etdiyim yer buradır”.

“Real Madrid”dən ayrılan və “Əl-İttihad” komandası ilə 3 illik müqavilə imzalayan 35 yaşlı Benzema 2026-cı il forması ilə poza verib.