Rusiyalı turist köpək balığının qurbanı oldu – VİDEO

Qırmızı dənizdə dənizə girən əcnəbi turist köpək balığının hücumu nəticəsində faciəvi şəkildə ölüb. Hücumun görüntüləri sosial şəbəkələrdə yayılıb.

İndex.az xəbər verir ki, Misir Ətraf Mühit Nazirliyi tərəfindən edilən yazılı açıqlamada köpək balığının növünün “Pələng köpəkbalığı” olduğu açıqlanıb.

Açıqlamada sözügedən köpəkbalığının qeyri-adi aqressivlik nümayiş etdirdiyi və keçmiş köpəkbalığı hücumları ilə əlaqəli ola biləcəyi qeyd edilib.

Köpəkbalığının ovlandığı və müayinə üçün laboratoriyaya aparıldığına diqqət çəkən açıqlamada hücumun baş verdiyi ərazidə bütün fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı bildirilib.

Qeyd edək ki, 3 iyul 2022-ci ildə Hurqadanın cənubundakı Səhl əl-Həşiş bölgəsində köpək balığının hücumu nəticəsində iki qadın həlak olub.