“Veysəloğlu” işçi axtarır – VAKANSİYA

Veysəloğlu MMC

Satınalma mütəxəssisi

Son tarix 08 iyl 2023 – [email protected]

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə funksiyaları:

  • Satınalma sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Yaradılmış sifariş formalarının analiz edilməsi;
  • Bazarın təhlili, tələb olunan materialların bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Satınalma sahəsində ən az 1 il iş təcrübəsi;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;
  • Yüksək ünsiyyət və kommunikasiya bacarıqları;
  • MS ofis proqramlarında sərbəst işləmək qabiliyyəti;
  • SAP proqramında işləmək bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı qabiliyyəti, ingilisi dili arzuolunandır;
  • Komandada işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.

Bu vakansiyaya müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində Satınalma mütəxəssisi qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.