“Azersun Holding” işçilər axtarır – VAKANSİYALAR

Azersun Holding

Müştəri xidmətləri üzrə mütəxəssis

Son tarix 08 iyl 2023 [email protected]

Tələblər:

  • Ali təhsili olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
  • Müştəri xidmətləri sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Mükəmməl təqdimat bacarığı olmalı;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

İş haqqında məlumat: 

  • Müştərilərə müəssisənin xidmətləri barədə məlumat vermək;
  • İşlətmənin korporativ dəyərlərini mənimsəmək və müştərilərə xidməti bu çərçivədə həyata keçirtmək;
  • Müştərilərə məhsul/qiymət/kampaniya ilə bağlı təmkinli şəkildə düzgün məlumat vermək;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və müvafiq şöbələrə yönəltmək;
  • Daxil olan şikayətlərin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması, müştəriləri məmnuniyyəti sorğusunun aparılması;
  • Yeni məlumatları məlumat bazasına əlavə etmək və mövcud məlumatlardakı dəyişiklikləri yeniləmək;
  • Müştəri məmnuniyyətinin əldə olunması üçün xidmətin təşkili məqsədilə təkliflər hazırlamaq;
  • Müəssisə ve müştərilərin məlumat məxfiliyini qorumaq və müştərilərlə nəzakətli ünsiyyətdə olmaq;
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Əməliyyatçı xəzinədar

Son tarix 08 iyl 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
  • Bank işi üzrə 1 illik iş təcrübəsi;
  • Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
  • Microsoft Office proqramlarını bilməli;
  • Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
  • Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
  • Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
  • Analitik problem həlletmə bacarığı olmalı.

İş haqqında məlumat:

  • Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
  • Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
  • ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
  • XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
  • Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
  • Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
  • Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
  • Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
  • Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.comünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” qeyd etməyiniz xahiş olunur.

 

SAP Baş mütəxəssis

Son tarix 08 iyl 2023 [email protected]

Tələblər:

  • SAP və müvafiq modulları ilə bağlı biliklərə sahib olmaq;
  • Biznes prosesləri haqqında məlumatlı olmaq;
  • Analitik və problem həll etmə qabiliyyətinə malik olmalı;
  • İngilis dilində sərbəst danışa bilməli.

İş haqqında məlumatlar:

  • Logistika, inventar hərəkəti, MRP, Pərakəndə satış əməliyyatları ilə bağlı prosesi idarə etmək;
  • Biznes tələblərinin müəyyən edilməsi və ona uyğun çalışmaların aparılmasını təşkil etmək;
  • Biznes tələblərinə uyğun xüsusi funksional dizayn sənədləri və iş axını diaqramlarını tətbiq etmək;
  • Həll dizaynını təsdiqləmək üçün sınaq ssenari və testlərini hazırlayaraq yoxlamaq;
  • Yüksək səviyyəli sənədləşmənin həyata keçirilməsini təmin etmək;
  • Yeni mağazaların sistemsal tanımlanmasını (MM) həyata keçirmək;
  • MRP uyğunlaşdırmalarının aparılmasını təmin etmək;
  • Sifarişlərin təsdiq prosedurlarına uyğunlaşdırılmasını təmin etmək;
  • Günlük satış xətalarının izlənilməsi və aradan qaldırılmasını təmin etmək;
  • İnteqrasiyada olan xətaları izləmək və aradan qaldırmaq;
  • Layihələr zamanı biznes tərəfinin istəyinə uyğun olaraq danışman şirkətlərlə görüşərək layihələrin həyata keçirilməsini aparmaq;
  • Biznes tərəfinin istəyinə uyğun olaraq danışman şirkətə texniki məlumatların göndərilməsini təmin etmək;
  • Bİ/BO, DAX analyzer hesabatlarının xətalar olduğu zaman aradan qaldırılması üçün lazımi tədbirləri görmək;
  • Mağaza topdan satış fəaliyyəti və problemlərinin düzəldilməsini təmin etmək;
  • Baş verən satış xətalarını analiz edib biznes tərəfinə həll yollarını təmin etmək;
  • Yeni hesabat tələbi olduğu zaman analiz edilib hazırlanmasında dəstək olmaq (SAP ABAP tərəfi ilə görüşüb funksional tərəfiniz hazırlatmaq);
  • SAP istifadəçiləri üçün səlahiyyətləndirmə işlərini görmək və nəzarətini həyata keçirmək;
  • Dövri olaraq keçirilən əmək təhlükəsizliyi qaydalarını mənimsəyərək dövri olaraq təhlükəsiz qeydiyyatı kitabını imzalamaq;
  • Vəzifəsi ilə bağlı öyrəndiyi iş təcrübəsini yeni işçilərə öyrətmək, təlimlər vermək;
  • Dövri olaraq müvafiq sahədəki innovasiyaları izləyərək rəhbərliyə hesabat şəklində təqdim etmək;
  • Logistika, inventar hərəkəti, MRP, Pərakəndə satış əməliyyatları ilə bağlı prosesləri idarə etmək;
  • Biznes tələblərini müəyyən etmək;
  • Biznes tələblərinə uyğun xüsusi funksional dizayn sənədləri və iş axını diaqramlarını tətbiq etmək;
  • Həll dizaynını təsdiqləmək üçün sınaq ssenari və testlərini hazırlayaraq yoxlamaq;
  • Yüksək səviyyəli sənədləşmənin həyata keçirilməsini təmin etmək.

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.  Email-in mövzu hissəsində “SAP Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Şəbəkə inzibatçısı mütəxəssisi

Son tarix 08 iyl 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • 2 il aidiyyəti vəzifə üzrə iş stajı;
  • OSI-TCP/IP modeli üzrə ekspert bilikləri olmalı;
  • CCNA/CCNP və s. beynəlxalq sertifikatları olmalı;
  • Voice şəbəkəsinin qurulması və idarəsi bacarıqları, CUCM/SIP həlləri təcrübəsi olmalı;
  • IPSEC/DMVPN barəsində dərin bilikləri və təcrübəsi olmalı;
  • Dinamik routing texnologiyaları üzrə dərin bilikləri (EIGRP/OSPF/BGP) olmalı;
  • Cisco ASA, Pfsense, Palo-Alto next generation firewal idarəedilməsi bacarıqları olmalı;
  • Şəbəkə təhlükəsizliyi bilikləri, 802.1X, Cisco ISE sistemlərinin idarəedilməsi bacarıqları olmalı;
  • Çalışmaların avtomatlaşdırılması, Python proqramlaşdırma bacarığı olmalı;
  • Məsuliyyətli və işgüzar, analitik düşünmə qabiliyyəti olmalı;
  • Fərdi və komanda ilə işləmək bacarığı olmalı.

İş haqqında məlumat:

  • LAN, WAN, Campur və Ehtiyyat mərkəzi şəbəkəsinin idarəedilməsi, optimallaşdırılması;
  • SSL VPN, məsafədən bağlantı qurulması və təhlükəsizliyin təmini;
  • Tərəfdaş şirkətlərlə bağlantı üçün infrastukturun qurulması, IPSEC VPN idarəedilməsi;
  • Modem, sviç, firewall avadanlıqlarının sazlanması, racklarda yerləşdirməi və kabelləşdirilməsi;
  • Avadanlıqların yenilənməsi, lisensiyalara nəzarət və hesablanması;
  • Şəbəkə avadanlıqlarının və hadisələrin monitorinqi, izlənməsi, avtomatlaşdırılmış məlumatlandırma və tədbirlərin sazlanması

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Şəbəkə inzibatçısı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

 

Prosesə nəzarət inspektoru

Son tarix 08 iyl 2023 [email protected]

Tələblər:

  • İstehsal proseslərinin avtomatlaşdırılması, maşınqayırma, texnoloji maşın və avadanlıqlar ixtisası üzrə ali təhsili olmalı;
  • Təcrübə tələb olunmur;
  • Texnaloji maşın və avadanlıqların, nəzarət ölçü cihazlarının iş prinsiplərini bilməli;
  • Araşdırma və analiz etmə bacarığı olmalı;
  • MS Office proqramlarını bilməli.

İş haqqında məlumat: 

  • Prosesə Nəzarət planlarında göstərilən referans sənədlərdə olan texnoloji proseslərə iş təlimatına uyğun olaraq nəzarət etməli;
  • Texnoloji parametrlərin proses planına  uyğun olub-olmadığına nəzarət etməli;
  • Prosesə Nəzarət formalarının düzgün  doldurulmasına diqqət etmək, uyğunsuzluq aşkar edildiyi zaman  yazılı şəkildə məlumat vermək;
    İstehsal prosesi zamanı texniki təchizat və avadanlıqlarda baş verən nasazlıqlar haqqında  məlumat vermək, problemin həll edilməsi üçün görülən işləri izləmək;
  • İşçi Sağlamlığı və İş Təhlükəsizliyi mövzusunda təsbit olunan uyğunsuzluqlarla əlaqədar sahə rəislərinə bildirmək, uyğunsuzluğun aradan qaldırılması üçün görülən tədbirləri izləmək ve hesabat vermək;
  • Hər növbə sonunda istehsal və texniki sahələrdəki vəziyyəti  e-mail ilə hesabat vermək və hesabatları arxivləşdirmək.

İş Qrafiki: 2 Növbəli

İş Yeri: Biləsuvar

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Prosesə nəzarət inspektoru qeyd etməyiniz xahiş olunur.

 

Kommunikasiya Şöbəsinin Müdiri

Son tarix 03 iyl 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalıdır(marketing, jurnalistika sahəsində olan namizədlərə üstünlük verilir);
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi olmalıdır;
  • İngilis, Rus və Türk dillərində bilməlidir;
  • MS Office proqramları, Adobe Premiere proqramlarını bilməlidir;
  • Yüksək kommunikasiya bacarığı olmalı və təqdimat etməyi bilməlidir;
  • Layihələrin idarə olunmasını və strategiyaların hazırlanması bilməlidir;
  • Yüksək kommunikasiya bacarığı olmalıdır;

İş haqqında məlumat: 

  • Müəsissə daxili və xarici kommunikasiya kanallarını müəyyənləşdirərək müxtəlif layihələri həyata keçirir;
  • Müəsissəyə məxsus bütün markalara xidmət göstərir, markalar üçün müxtəlif sosial layihələr və tədbirlər həyata keçirir;
  • KSM strategiyasının hazırlanması, nəzərdə tutulan vaxt intervalı ərzində planların yazılması, layihələrin həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Daxili kommunikasiya strategiyasının hazırlanması və layihələrin həyata keçirilməsinə rəhbərlik etmək;
  • İllik tədbirlər planının yazılması, büdcəsinin hazırlanması, korporativ tədbirlərin təşkili;
  • Yerli və Beynəlxalq sərgilərdə müəsissənin iştirakının təmin edilməsi
  • Müxtəlif strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
  • KSM strategiyası üzrə düzgün imic layihələrinin həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Korporativ Kommunikasiya siyasətinə uyğun olaraq məqsədlərinə nail olmaq üçün ilə planlama işlərinin təşkilini nəzərdən keçirilməsi və qiymətləndirilməsi;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və optimallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edilməsi;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kommunikasiya şöbəsinin – Manager” qeyd etməyiniz xahiş olunur.