“Avrozona” texniki tənəzzülə girir

Rusiyanın Ukraynaya müdaxiləsi enerji qiymətlərini artırdıqdan sonra “Avrozona” qış aylarında mümkün olan ən yumşaq tənəzzülü yaşadı.

İndex.az xəbər verir ki, “Eurostat”ın yenidən nəzərdən keçirdiyi məlumatlara görə, 20 ölkədən ibarət “Avrozona” iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 0,1% kiçilib.

Bununla da 2022-ci ilin son rübündən etirbarən kiçilməyə başlayan “Avrozona” iqtisadiyyatı texniki tənəzzülə girib.

Analitiklər ilin əvvəlində istehsalın durğunlaşdığını proqnozlaşdırmışdılar.