Tədiyyə balansının qalığı 2 dəfədən çox artıb

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 milyard 453,8 milyon ABŞ dolları təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 376,2 milyon dollarlıq qalıq (1 il əvvələ nisbətən 14,6 % az), kapital hesabındakı 3,4 milyon dollarlıq qalıq (1 il bundan əvvəl kəsir olub), maliyyə hesabındakı 1 milyard 302,6 milyon dollarlıq qalıq (əvvəlki il kəsir olub), balanslaşdırıcı maddələr üzrə 1 milyard 228,4 milyon dollarlıq kəsir (3,7 % çox) hesabına formalaşıb.