Ronaldo təqaüdə çıxacağı yaşı açıqlayıb

“Əl Nəsr”in ulduzu Kristiano Ronaldo hələ yaşıl meydanlarla vidalaşmağa hazır görünmür.

İndex.az xəbər verir ki,  karyerasını Səudiyyə Ərəbistanında davam etdirən futbolçu gələcəyi ilə bağlı açıqlamalar verib.

38 yaşlı portuqaliyalı superulduz hələlik yaşıl meydanlarla vidalaşmaq fikrində olmadığını vurğulayıb.

Ronaldo gələcəkdə futbol klubu almağı planlaşdırdığını da bildirib:

“Təqaüdçü olmağı düşünmürəm. Ən azı 2-3 il daha futbol oynamaq istəyirəm. Gələcəkdə futbol klubu almaq istəyirəm”.

Sabiq komanda yoldaşı Kərim Benzemanın “Əl İttihad”a transferini isə bu sözlərlə dəyərləndirib: “Benzemanın Səudiyyə Ərəbistanına gələcəyini bilirdim. Buraya ulduz futbolçuların gələcəyini demişdim. Səudiyyə Ərəbistanı liqası dünyada ilk 5 liqa arasında olacaq”.