Messinin transferi “İnstagram”da “partlayışa” səbəb oldu

Dünyanın ən çox izləyicisi olan futbol ulduzlarından biri olan Lionel Messi PSJ-dəki karyerasını rəsmən başa vurub.

İndex.az xəbər verir ki, ulduz futbolçu rəsmi olaraq Amerikanın “İnter Mayami” adlı komandasına transfer olunub. Bu transfer sosial mediada “partlayışa” səbəb oldu.

Qeyd edək ki, “İnter Mayami” futbol dünyasında “Barselona” və ya “Real Madrid” qədər tanınmır. Bunu komandanın “İnstagram” hesabında da görmək olardı. Çünki klubun “İnstagram” hesabının dünənə kimi 1 milyona yaxın izləyicisi var idi. Lakin Lionel Messinin transferi bu vəziyyəti dəyişib. Komandanın adının Messi ilə çəkilməsi “Intelr Miami”yə milyonlarla izləyici qazandırdı.

Hələ imzalanmayan Lionel Messinin transfer xəbəri “İnter Mayami” klubunun “İnstagram” hesabına 3,5 milyon yeni izləyici gətirib. Beləliklə, ümumi izləyicilərin sayı 4,5 milyonu ötüb. Komandanın izləyicilərinin sayı 08.06.2023-cü il saat 10:22-yə 4 milyon 577 min 685 nəfər olaraq qeydə alınıb.