“WhatsApp”da HD keyfiyyətli fotoşəkillər göndərmək mümkün olacaq

“WhatsApp”a HD keyfiyyətli fotoşəkillər göndərmək imkanı əlavə edilib.

İndex.az xəbər verir ki, “WhatsApp” proqramının beta versiyasına şəkilləri HD keyfiyyətdə köçürməyi mümkün edən yeni funksiya əlavə edilib.

HD keyfiyyətli fotoşəkilləri göndərməyə imkan verən yeni funksiya həm “Android”, həm də “iOS” üçün buraxılmış məşhur mesajlaşma proqramının beta versiyalarına daxil edilib.

İndiyədək istifadəçilər şəkillərin kefiyyəti qorunmadığı üçün “WhatsApp” vasitəsilə yüksək keyfiyyətli şəkillər göndərə bilmirdilər.