Aİ 2024-cü il üçün büdcə layihəsini hazırlayır

Avropa İttifaqqı (Aİ) Komissiyası 2024-cü il büdcə layihəsi ilə bağlı təklifini açıqlayıb.

İndex.az xəbər verir ki, Aİ-nin 2024-cü il büdcəsinin 189,3 milyard avro olmasının hədəfləndiyi layihədə büdcəyə əlavə olaraq pandemiyanın iqtisadi təsirlərinə qarşı 113 milyard avroluq bir bərpa proqramı da nəzərdə tutulub.

Aİ Komissiyası 2024-cü il büdcəsinin 189,3 milyard avro olmasını və bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro qrant ayrılmasını təklif edib.

Sözügedən büdcəyə əlavə olaraq, Aİ Komissiyası “Covid-19” epidemiyasının iqtisadi təsirlərinə qarşı hazırlanan bərpa proqramı çərçivəsində üzv ölkələrə 113 milyard avro yardım edəcək.