İngiltərədə ev qiymətləri son 11 ildə ilk dəfə ucuzlaşıb

İngiltərədə ev qiymətləri ucuzlaşmağa başlayıb.

İndex.az xəbər verir ki, İngiltərənin mənzil kredit təşkilatı “Halifax” tərəfindən edilən açıqlamada ölkədəki mənzil qiymətlərinin bu ilin may ayında ötən ayla müqayisədə dəyişmədiyi, ötən illə müqayisədə isə 1% azaldığı bildirilib.

“Lyods Banking Group”a daxil olan “Halifax”ın açıqlamasında orta hesabla bir evin qiymətinin 12,417 dollar olduğu bildirilib və qiymətlərin ötən illə müqayisədə 2012-ci ilin dekabrından bəri ilk dəfə ucuzlaşdığı vurğulanıb.

Mənzil Kreditleri Direktoru Kim Kinnaird mövzu ilə bağlı verdiyi şərhdə bildirib ki, gözlənildiyi kimi, ilin birinci rübündə mənzil bazarında qısamüddətli artım azalıb:

“Azalmanın səbəbi yüksək uçot dərəcələrinin yüksəlməsinin ev təsərrüfatlarının büdcələrinə tədricən əks olunmasıdır”.