BEA: “Enerji səmərəliliyi üzrə irəliləyiş ikiqat artırılmalıdır”

Beynəlxalq Enerji Agentliyi (BEA) Fransanın Enerji Keçid Nazirliyinin ev sahibliyi və “Schneider” Elektrik şirkəti ilə birgə Versalda keçirilən 8-ci Qlobal Enerji Səmərəliliyi Konfransı çərçivəsində “Enerji Effektivliyi: Fəaliyyət üçün 10 İl” adlı hesabatını dərc edib.

İndex.az xəbər verir ki, hesabata görə, ötən il dünyada enerji səmərəliliyi sahəsində irəliləyiş 2,2%-ə çatıb.

Bu göstərici son 5 ilin orta göstəricisindən 2 dəfə çoxdur.

Hesabata görə, qlobal temperatur artımını 1,5 selsi dərəcə ilə məhdudlaşdırmaq və sıfır emissiya hədəflərinə nail olmaq üçün 2030-cu ilə qədər enerji səmərəliliyi sahəsində irəliləyiş tempini iki dəfə artırmalı və bu sahəyə investisiyalar 1,8 trilyon dollara çatmalıdır.

Bununla yanaşı qlobal enerji tələbatı 1% artarkən, enerji səmərəliliyi tətbiqlərində təkmilləşmə olmasa, tələbat artımının üç dəfə çox olacağı hesablanıb.