ABŞ neft qiyməti ilə bağlı proqnozunu yüksəldir

ABŞ neftin qiyməti ilə bağlı proqnozu yüksəltmək qərarına gəlib.

İndex.az xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA), Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun hasilatına istinad edərək, bu il və gələn il üçün “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozunu yüksəldib.

Bu kontekstdə bu il üçün “Brent” markalı neftin orta barel qiymətinin 79,54 dollar olacağı təxmin edilib.

Bu rəqəm əvvəlki hesabatda 78,65 dollar olub.

“West Texas Intermediate” (WTI) markalı xam neftin bir barelinin qiymətinin bu il 74,61 dollar olacağı proqnozlaşdırılır.

Əvvəlki hesabatda WTI markalı neftin bir barelinin qiyməti 73,62 dollar səviyyəsində qiymətləndirilirdi.

Gələn il “Brent” markalı neftin bir barelinin qiymətinin 83,51 dollar, WTI markalı xam neftin qiymətinin isə 78,51 dollar olacağı gözlənilir.