AMB üzvünün faiz artımı mesajı

Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Knot daha çox faiz artımının ola biləcəyi mesajını verib.

İndex.az xəbər verir ki, AMB-nin üzvü Klaas Knot, yüksək olaraq qalan inflyasiyanın yenidən faiz artımı tələb edə biləcəyini söyləyib:

“Mövcud sərtləşdirmənin kifayət qədər olduğuna əmin deyiləm. İnflyasiya uzun müddət daha yüksək qalması daha çox faiz artımı tələb edə bilər”.

AMB-nin gələn həftə keçiriləcək iclasında uçot dərəcələrini artıracağı, iyulda isə yenidən artım olacağı gözlənilir.