Çində ixracın zəifləməsi Asiya fond bazrlarına təsir göstərib.

Çindən gələn iqtisadi məlumatlar Asiya səhimlərini qarışdırıb.

İndex.az xəbər verir ki, Avstraliyada ilin birinci rübündə “S&P/ASX 200” 0,14%, Avstraliyanın ümumi daxili məhsulu isə 2,3% artaraq son bir ilin ən yavaş artım tempini qeyd edib.

“Nikkei 225” 1,42% dəyər itirərək, regionda itkilərə liderlik edib. “Topix” isə 1% dəyər itirib.

Cənubi Koreyada “Kospi” 0,34%, “Kosdaq” isə 0,97% bahalaşıb.

Honkonqun “Hang Seng” indeksi 1,06% artıb.

Çində “Şanxay Kompozit” indeksi 0,3%, “Şenzen Komponent” indeksi isə 0,11% yüksəlib.